logo

Erməni silahlıları Zəngilanda  ağır itkilər verərək geri çəkilib-DSX

12:42 13-09-2022 | icon 987
Erməni silahlıları Zəngilanda  ağır itkilər verərək geri çəkilib-DSX

Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.

Dövlət Sərhəd Xidmətinin(DSX) mətbuat mərkəzindən  YeniAvropa-ya bildirilib ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər.

“Bundan sonra düşmən ağır itkilər verərək geri çəkilib”, - məlumatda qeyd edilib.