logo

Yaxın 2 ayda Bakı metrosu 20 yeni vaqon alacaq

11:44 13-09-2022 | icon 2065
Yaxın 2 ayda Bakı metrosu 20 yeni vaqon alacaq

Sentyabr ayında Bakı metrosu üçün 10 yeni vaqon gətiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  "Bakı Metropoliteni" QSC-nin Depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, ümumilikdə 60 vaqonun Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda 40 vaqon gətirilib və növbəti 20 vaqonun gətirilməsi üçün Bakı metrosunun nümayəndələri Moskvaya yola düşüb. 10 yeni vaqonun sentyabrda, növbəti 10 yeni vaqonun isə oktyabrda paytaxtımıza gətirilməsi planlaşdırılır.