logo

“Qarabağ”–“Nant” matçı albaniyalı hakimlərə tapşırılıb

11:33 13-09-2022 | icon 945
“Qarabağ”–“Nant” matçı albaniyalı hakimlərə tapşırılıb

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

YeniAvropa xəbər verir ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Enea Jorgji olacaq. Ona Denis Rexha və Ridiger Çokaj kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Juxhin Xhaja yerinə yetirəcək.

“Qarabağ” – “Nant” matçı saat 20:45-də başlayacaq.