logo

Sinqapur şirkəti Azərbycanda gübrə istehsal etmək niyyətindədir

11:11 13-09-2022 | icon 1771
Sinqapur şirkəti Azərbycanda gübrə istehsal etmək niyyətindədir

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Sinqapurun “Indorama Investments Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

İZİA-dan YeniAvropa-ya bildirilib ki, sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri Elşad Nuriyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Kənan Nəcəfov və Indorama Korporasiyasının İdarə heyətinin üzvü Prakash Kejrival imzalayıblar.

Memoranduma əsasən, Sumqayıt Kimya Sənaye Parkında ammonium nitrat, NPK (azot-N, fosfor-P və kalium-K), DAP (diammonium fosfat) və ammonium sulfat gübrələrinin istehsalı zavodunun yaradılması imkanlarının araşdırılması və tərəflər arasında müvafiq məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Indorama şirkəti azot gübrələri, fosfat gübrələri, polietilen, polipropilen, poliester, tekstil, pambıq lifi və tibbi əlcəklər də daxil olmaqla bir çox məhsul istehsalı üzrə 9 ölkədə (Özbəkistan, Türkiyə, Hindistan, İndoneziya, Braziliya, Malayziya, Afrika və. s) 20-dən çox sənaye müəssisəsinə malikdir. Şirkətin 18 mindən çox işçisi var.