logo

Dünya çempionatı: Güləşçimiz erməni idmançını məğlub edib bürünc medal qazandı

22:44 12-09-2022 | icon 840
Dünya çempionatı: Güləşçimiz erməni idmançını məğlub edib bürünc medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.

YeniAvropa xəbər verir ki, 63 kq-da yer alan Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.

Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.