logo

Ukrayna ilə yüksək səviyyədə danışıqların perspektivi yoxdur-Peskov

21:13 12-09-2022 | icon 2303
Ukrayna ilə yüksək səviyyədə danışıqların perspektivi yoxdur-Peskov

“Hazırda Ukrayna ilə yüksək səviyyədə danışıqların perspektivi yoxdur”.

YeniAvropa  Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Hazırda heç bir danışıqlar perspektivini nəzərdən keçirmirik. Bunun üçün heç bir ilkin şərait yoxdur”, - Kreml rəsmisi vurğulayıb.

Eyni zamanda, D.Peskov Rusiya prezidenti Vladimir Putinin cəbhədəki hər dəyişikliklə bağlı məlumatlandırıldığını qeyd edib:“Xüsusi hərbi əməliyyat davam edir və əvvəl qoyulan məqsədlərə nail olmaq üçün davam edəcək”.