logo

Kraliçanın vəfatına görə “Arsenal”-PSV matçı təxirə salınıb

17:17 12-09-2022 | icon 1946
Kraliçanın vəfatına görə “Arsenal”-PSV matçı təxirə salınıb

İngiltərədə “Arsenal” və PSV (Niderland) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur oyunu təxirə salınıb.

YeniAvropa xəbər verir ki, buna Böyük Britaniya kraliçası II Elizabetin vəfat etməsi səbəb olub.

UEFA matçın təşkilində ciddi məhdudiyyətlər olduğu üçün bu qərarı qəbul edib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 15-də keçirilməli idi.

Xatırladaq ki, Britaniya tarixində hamıdan çox-70 il yeddi ay taxtda olan 96 yaşlı Kraliça II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Bu səbəbdən ölkədə matəm elan olunub. 

Matəm tədbirləri planına əsasən, dəfn mərasiminin təxmini tarixi Kraliçanın ölümündən sonrakı 10-cu günə nəzərdə tutulur. Beləliklə, matəm təxminən sentyabrın 25-26-dək davam etməlidir.