logo

Azad olunan ərazilərdə daha 69 mina aşkarlanıb

15:55 12-09-2022 | icon 1036
Azad olunan ərazilərdə daha 69 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi(ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Qeyd edilib ki, sentyabrın 5-dən 10-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 20 mina və 120 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 457 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.