logo

Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

14:54 12-09-2022 | icon 546
Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun (FFEU) prezidenti Mark Şnayerlə görüşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə  nazir məlumat verib.

“FFEU prezidenti ilə görüşdə ölkəmizdə millətlərarası və mədəniyyətlərarası dialoqun təşviqini, bütün icmaların sülh və sabitlik şəraitində yaşadığını vurğuladıq. Azərbaycanın zəngin mədəni-mənəvi irsi və tolerantlıq ənənələri barədə fikirlərimizi bölüşdük”, - deyə M.Cabbarov qeyd edib.