Ərdoğan bu həftə Rusiya və ABŞ prezidentləri ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin və ABŞ lideri Cozef Baydenlə ikitərəfli görüşlərinin gündəliklərinin bəzi detalları açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı "CNN Turk" yayıb.
Bildirilib ki, Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş keçirəcək.
Görüşdə müzakirə olunacaq başlıca məsələnin Ukraynadakı vəziyyətlə bağlı olacağı gözlənilir. Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Ukrayna taxılının idxalının davam etdirilməsini müzakirə edcəcək. Türkiyə liderinin rusiyalı həmkarına Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü yenidən təklif edəcəyi gözlənilir. Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçu PKK qruplaşmasına qarşı antiterror əməliyyatı keçirmək planını Rusiya liderinin diqqətinə bir daha çatdıracaq.
Xatırladaq ki, Şanxay Əməkdaşlığı Təşkilatının Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Səmərqənd səfirinin ardınca Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 17-22-də ABŞ-da səfərdə olacaq. O, sessiyada Rusiya-Ukrayna müharibəsində taxıl tədarükü, Yunanıstanla Türkiyə arasında gərginlik, terrora qarşı mübarizəyə dair ismarış verəcək.
Bu səfər çərçivəsində Türkiyə lideri ABŞ dövlət başçısı Cozef Bayden və başqa rəsmilərlə görüşəcək. Onun ABŞ lideri ilə “F-16” qırıcıları, Vaşinqtonun Suriyada terrorçu qruplaşmalara verdiyi dəstəyi, Ştatların terrorçu “Suriya Demokratik Qüvvələri” ilə birlikdə keçirdiyi təlimləri, Egey dənizində Yunanıstanın təcavüzkar davranışını müzakirə edəcəyi nəzərdə tutulub.
Sentyabrın 19-da Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasiminə qatılacağı da planlaşdırılır.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb