logo

Bir neçə rayonda sabah qaz olmayacaq

12:12 12-09-2022 | icon 1085
Bir neçə rayonda sabah qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksəktəzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış və müvəqqəti qarşısı alınmış qaz sızmalarının ləğvi məqsədilə sentyabrın 13-ü tarixdə saat 08:30-dan etibarən “İmişli” və “Otuzikilər” QPS-lərdən qaz təchizatının dayandırılması və təmir işlərinin aparılması planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə "Azəriqaz"İB-dən bildirilib.

Qeyd edilib ki, təmir işləri görülən müddətdə İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonunun Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.