logo

Dağıstan nümayəndə heyəti Azərbaycana səfər edəcək

11:11 12-09-2022 | icon 1008
Dağıstan nümayəndə heyəti Azərbaycana səfər edəcək

Dağıstan ilə Azərbaycanı bir-biri ilə mehriban qonşuluq münasibətləri bağlayır. Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya nəqliyyat-logistika dəhlizinin imkanlarının genişləndirilməsi üçün buraxılış məntəqələrinin fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılması məsələlərini nəzərdən keçirir.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyinə Dağıstan Respublikasının başçısı Sergey Melikov bildirib.

S.Melikov daha sonra deyib: “Biz Azərbaycana səfər etməyi planlaşdırırıq. Azərbaycan prezidenti nümayəndə heyətimizin Azərbaycana səfəri barədə məsələni gözdən keçirməyi artıq dəfələrlə təklif edib. Bu, ilk növbədə, cənub qonşumuz və tərəfdaşımız ilə səmimi münasibətlərimizi vurğulamaqdan, ikincisi isə bu münasibətləri növbəti inkişaf mərhələsinə keçirməkdən ötrü lazımdır”.

Onun sözlərinə görə, Dağıstan nümayəndə heyəti oktyabr ayında İrana da səfər etmək niyyətindədir. Həmin ölkədə dəniz daşımaları ilə bağlı təcrübə mübadiləsi planlaşdırılır.