logo

Türkiyə məktəblərində ilk zəng çalınıb

10:50 12-09-2022 | icon 2128
Türkiyə məktəblərində ilk zəng çalınıb

Türkiyə məktəblərində bu gün ilk zəng çalınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ilk dərs günü təxminən 19 milyon şagird məktəbə gedib. 2022-2023-cü təlim-tədris ili üçün Türkiyənin Milli Təhsil Nazirliyinə bağlı ibtidai və orta təhsil müəssisələrində 1 milyon iki yüz min müəllim dərsə başlayıb.

Təhsil ilinə hazırlıq çərçivəsində məktəblərə 3,1 milyard türk lirəsi məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, Türkiyədə 2022-2023-cü tədris ilinin ilk tətili bu il noyabrın 14-dən 18-dək olacaq.