logo

Lənkəranda 23 narkotacir saxlanılıb

10:30 12-09-2022 | icon 1113
Lənkəranda 23 narkotacir saxlanılıb

Lənkəran şəhər rayon Polis Şöbəsinin(ŞRPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 həftə ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 23 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.