logo

Güləşçimiz Eldəniz Əzizli ikiqat dünya çempionu olub

09:01 12-09-2022 | icon 1533
Güləşçimiz Eldəniz Əzizli ikiqat dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) ikiqat dünya çempionu olub.

YeniAvropa xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalında güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiya ilə qarşılaşıb. Görüş təmsilçimizin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Biraz sonra daha bir güləşçimiz final görüşünə çıxacaq. Belə ki, Ülvi Qənizadə (72 kq) qızıl medal uğrunda görüşdə serbiyalı Ari Arsalan ilə qarşılaşacaq.