logo

Ermənilər Kəlbəcər və Laçındakı mövqelərimizi atəşə tutub 

09:49 11-09-2022 | icon 1421
Ermənilər Kəlbəcər və Laçındakı mövqelərimizi atəşə tutub 

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, bölmələrimizin adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.