logo

“Azəriqaz” müqaviləsi olmayan abonentləriə xəbərdarlıq etdi

15:55 09-09-2022 | icon 1358
“Azəriqaz” müqaviləsi olmayan abonentləriə xəbərdarlıq etdi

Bir ay ərzində “Azəriqaz” abonentləri qaz təchizatı ilə bağlı müqavilələrini bağlamalıdır. Müqavilə bağlanmadığı halda qaz təchizatı dayandırılacaq. Çünki müqavilə olmadığı üçün “Azəriqaz”ın abonenti hesab edilmirlər.

YeniAvropa xəbər verir ki, bu sözləri “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı “104” Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək deyib.

Şöbə rəisi bildirib ki, avqust ayı ərzində Çağrı mərkəzinə 47 minə yaxın zəng daxil olub: “Müraciətlərin 25 faizi müqavilələrlə bağlı olub. Müqaviləsi olmayan abonentlər bazada yoxlanılır. Onların müqaviləsi yoxdursa, yaxud bu müqavilələr 10-15 il bundan öncə bağlanılıbsa, həmin abonentlərin mobil nömrələrinə SMS göndərilir, yeni müqavilənin bağlanması üçün müraciət edilir ki, “ASAN Kommunal”lara və yaxud ərazi üzrə qaz idarələrinə yaxınlaşsınlar. Abonentlərdən sözügedən məsələ haqqında şikayətlər də daxil olur. Müqavilənin bağlanmasının əsas səbəblərindən biri elektron dövrə keçid, bazanın yenilənməsidir. 10 il bundan öncə bazada həmin abonentlərin FİN kodu, mobil nömrələri yox idi”.

X.Şimşək, həmçinin gələcəkdə abonentlərin problemlə üzləşməmələri üçün əlavə qurğuların, istənilən növ qaz cihazının artırılmasının, mobil nömrənin yeniləndiyi zaman bildirilməsinin vacibliyini vurğulayıb.