logo

Putin Ərdoğanla Səmərqənddə görüşəcək

14:54 09-09-2022 | icon 4746
Putin Ərdoğanla Səmərqənddə görüşəcək

Rusiya və Türkiyə prezidentləri Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammitində görüşəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan digər məsələlərlə yanaşı, Qara dəniz limanlarından taxıl daşınmasını da müzakirə edəcəklər.

Kremlin nümayəndəsi vurğulayıb ki, hazırda taxıl yüklənmiş yalnız iki gəmi yoxsul ölkələrə gedib. Müzakirə olunacaq digər mövzu isə Rusiyanın ərzaq məhsullarının beynəlxalq bazarlara çatdırılmasıdır. D.Peskovun sözlərinə görə, Rusiyanın ərzaq məhsulları və gübrəsi yüklənmiş gəmilər limanlara girə bilmir, onlara xidmət göstərilmir.

Xatırladaq ki, bu ilin iyulunda İstanbulda Qara dəniz limanlarından Ukrayna taxılının daşınması, eləcə də Rusiya ərzaq məhsullarının və gübrəsinin beynəlxalq bazarlara çıxarılmasına dair saziş imzalanıb.