logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:33 09-09-2022 | icon 1561
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 77 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.