logo

Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

10:50 09-09-2022 | icon 1463
Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin inzibati binasında və səfirin iqamətgahında dövlət bayrağı endirilib.

Səfirlikdən YeniAvropa-ya bildirilib ki, eyni zamanda, Kraliçanın ölümü ilə əlaqədar öz ürək sözlərini yazmaq istəyənlər üçün matəm kitabı açılıb.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində yaşayan və Kraliçanın vəfatı ilə əlaqədar öz hisslərini bölüşmək istəyən şəxslər ürək sözlərini onlayn formada açılan matəm kitabına yaza bilərlər.