logo

Cüdoçumuz Fərhad Rəcəbli onqat dünya çempionu odlu

09:19 09-09-2022 | icon 2247
Cüdoçumuz Fərhad Rəcəbli onqat dünya çempionu odlu

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

YeniAvropa xəbər verir ki, çempionatda 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycan təmsilçisinin usta cüdoçular arasında dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.