logo

UEFA Avropa Liqası: “Frayburq” və “Qarabağ” klublarının start heyətləri açıqlanıb

22:12 08-09-2022 | icon 1029
UEFA Avropa Liqası: “Frayburq” və “Qarabağ” klublarının start heyətləri açıqlanıb

UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində üz-üzə gələcək “Frayburq” (Almaniya) və “Qarabağ” (Ağdam) klublarının start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, "Frayburq"un start heyətində Mark Flekken, Filip Linhardt, Maksimilian Eggeştayn, Nils Petersen, Kiliann Sildillia, Nikolas Höfler, Mattias Ginter, Çon U Yon, Kristian Günter, Vinçentso Qrifo və Ritsu Doan yer alıblar.

Ağdam təmsilçisinin start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges. Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov və Ramil Şeydayev çıxacaqlar.

Qeyd edək ki, bu gün Almaniyadakı “Europa-Park” stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.