logo

Blinken:ABŞ Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək

19:49 08-09-2022 | icon 2303
Blinken:ABŞ Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək

ABŞ-ın Ukraynaya maliyyə və hərbi yardımı bu ölkənin bizimlə bir olduğuna çox vacib siqnaldır. Bu, bizim üçün ərazilərimizi, torpaqlarımızı qaytara biləcəyimizin qarantıdır.

YeniAvropa xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşündə söyləyib.

Görüşdə Zelenski müxtəlif sahələrdə və istiqamətlərdə Ukraynaya verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib.

“Sizin komandanızın səfəri bizim üçün mühüm siqnaldır, bu, liderlik dəstəyinin göstəricisidir”,- deyə Zelenski əlavə edib.

Blinken isə öz növbəsində ABŞ-ın bundan sonra da Ukraynaya açıq dəstək verəcəyini vurğulayıb.

“Prezident Bayden açıq şəkildə bildirdi ki, biz Ukrayna xalqını lazım olduğu qədər dəstəkləyəcəyik. Mən bu mesajı yenidən təkrarlamaq üçün Kiyevdəyəm. Birləşmiş Ştatlar Ukraynanın müdafiəsini dəstəkləmək üçün 50-dən çox müttəfiq və tərəfdaş ölkə ilə birlikdə təhlükəsizlik yardımı göstərir”, - deyə Blinken əlavə edib.