logo

Azərbaycanda daha 553 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

18:36 08-09-2022 | icon 2667
Azərbaycanda daha 553 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 396 yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 816 min 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 min 115 nəfər müalicə olunaraq sağalıb, 9 min 843 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 27 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 772, bu günə qədər isə ümumilikdə 7 milyon 184 min 639 test icra olunub