logo

Xarkovda 20-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib

16:56 08-09-2022 | icon 1939
Xarkovda 20-dən çox yaşayış məntəqəsi işğaldan azad edilib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 20-dən çox yaşayış məntəqəsini işğaldan azad edib.

YeniAvropa "UNIAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Oleksiy Qromov bildirib.

Onunn sözlərinə görə, hazırda Ukrayna hərbçiləri qarşı tərəfin müdafiə xəttinin 50 km dərinliyinə giriblər. Bir sıra yaşayış məntəqələrində təmizləmə işləri davam edir.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri iki istiqamətdə - Xarkov və Yujnobuqskidə ümumilikdə 700 kvadrat kilometr ərazini Rusiya qoşunlarından təmizləyib.