logo

Kəlbəcərdə minaya düşən şəhidin nəşi ailəsinə təhvil verilib

15:55 06-08-2022 | icon 651
Kəlbəcərdə minaya düşən şəhidin nəşi ailəsinə təhvil verilib

Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin nəşi ailəsinə təhvil verilib.

 YeniAvropa xəbər verir ki, şəhid hərbçimizlə vida mərasimi Naxçıvanın Culfa rayonunun Ləkətağ kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhidin cənazəsi Ləkətağ kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.