logo

Şahmatçılarımız dünya birinciliyində mübarizəyə başlayırlar

13:13 05-09-2022 | icon 2142
Şahmatçılarımız dünya birinciliyində mübarizəyə başlayırlar

Rumıniyanın Mamaya şəhərində 14, 16 və 18 yaşlılar arasında şahmat üzrə dünya çempionatı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu gün start veriləcək mötəbər yarışda Azərbaycanı 10 şahmatı təmsil edəcək. Dünya birinciliyində ölkəmizin adından Avropa çempionları Ayan Allahverdiyeva, Uğur İlyaslı, eyni zamanda Tunar Davudov, Nərmin Abdinova, Fərid Orucov, Şiroğlan Talıbov, Nazlı Hümmətova, Səbinə Rzalı, Xəzər Babazadə və Ramazan Şərifov çıxış edəcəklər.

Dünya birinciliyinə sentyabrın 17-də yekun vurulacaq.