logo

II qrup əlil tövlədə üzərinə benzin töküb özünü yandırdı

10:30 05-09-2022 | icon 1456
II qrup əlil tövlədə üzərinə benzin töküb özünü yandırdı

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ucar rayonu sakini, II qrup əlilin ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sentyabrın 4-də Ucar rayonunun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölməsi faktı ilə bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.