logo

Ərdoğan Putinlə görüşə gedib

15:15 05-08-2022 | icon 1197
Ərdoğan Putinlə görüşə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə səfərə yola düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, birgünlük səfər çərçivəsində prezident Ərdoğanın rusiyalı həmkarı ilə keçirəcəyi görüşlərdə aktual qlobal və regional problemlər, o cümlədən Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər zamanı Türkiyə prezidentinə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın və Prezident Administrasiyasının Müdafiə Sənayesi rəhbəri İsmail Dəmir müşayiət edirlər.