logo

Putin Ərdoğanla görüşmək üçün Soçiyə gəlib

14:12 05-08-2022 | icon 819
Putin Ərdoğanla görüşmək üçün Soçiyə gəlib

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Soçiyə gəlib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, iki ölkə liderləri Soçidə danışıqlar aparacaqlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Aleksandr Novak görüşün yekunları barədə məlumat verəcək.

D.Peskovun sözlərinə görə, görüş təkbətək formatda və nümayəndə heyətləri arasında keçiriləcək.