logo

UEFA "Qarabağ"ın bank hesabına 10,6 milyon avro köçürüb

16:26 02-09-2022 | icon 7623
UEFA "Qarabağ"ın bank hesabına 10,6 milyon avro köçürüb

UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar “Qarabağ” klubunun hesabına növbəti ödəniş edilib.

YeniAvropa xəbər verir ki,  Avropa futbol qurumunun ayırdığı müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Məbləğin 5 milyon avrosu UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə(ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün), 3,4 milyon avrosu Avropa Liqasında iştirak üçün ilkin ödəniş, 2,244 milyon avrosu isə Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən) nəzərdə tutulub.