logo

Tovuzda əsgərin ölmündə şübhəli bilinən hərbçi tutulub

10:48 05-08-2022 | icon 497
Tovuzda əsgərin ölmündə şübhəli bilinən hərbçi tutulub

Avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuata xidmətindən YeniAvropa-ya bildirilib ki,istintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam edir.