logo

İsveçin məşhur "Electrolux" şirkəti də Rusiyadan gedir

15:35 02-09-2022 | icon 2765
İsveçin məşhur "Electrolux" şirkəti də Rusiyadan gedir

İsveçin peşəkar və məişət texnikası istehsalçısı olan "Electrolux" kompaniyası Rusiyadan gedir və biznesini yerli rəhbərliyə verir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə kompaniyanın bu gün yaydığı press-relizində bildirilir.

“Electrolux Rusiyadan getməyi qərara alıb və biznesini Rusiyadakı törəmə şirkətinə sataraq yerli rəhbərliyə verəcək. Təxminən 350 milyon kron (35 milyon dollara yaxın) itki bu ilin üçüncü rübündə əks olunacaq”, - mətbuat üçün məlumatda belə deyilir.

Kompaniyanın fikrincə, biznesin yerli menecmentə satılması ilə Rusiya bazarından nəzarətli və məsuliyyətli çıxış təmin olunacaq. Törəmə şirkət RF-də əvvəllər satılmış texnikaya xidmət göstərməkdə davam edəcək. Qeyd olunur ki, Elektrolux Rusiyada istehsala malik deyil və satılan şirkətə məişət texnikası göndərməyəcək.

2021-ci ildə RF-də Electrolux satışları Avropada ümumi həcmlərin 4 faizini, dünya üzrə isə 1,6 faizini təşkil edib.