logo

Norveçin neft  şirkəti Rusiyadakı bütün layihələrini bağlayıb

13:33 02-09-2022 | icon 2744
Norveçin neft  şirkəti Rusiyadakı bütün layihələrini bağlayıb

Norveçin “Equinor” neft-qaz qrupu Rusiyadakı bütün layihələrini bağlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  “Equinor” sentyabrın 2-də “Xara Yaxa” neft yatağındakı sövdələşmədən çıxdığını elan edib və bununla da şirkət Rusiyadakı bütün layihə və aktivlərini bağlamış olub.

Bu ilin may ayında “Equinor” “Rostneft” ilə dörd müştərək müəssisəsindən ayrıldığını elan etmişdi.

Xatırladaq ki, əvvəllər “Statoil” kimi tanınan Norveçin “Equinor” qrupu dünyanın 30 ölkəsində, o cümlədən Azərbaycanda təmsil olunur.