logo

"AZAL" vətəndaşlara xəbərdarlıq edib

16:56 04-08-2022 | icon 973
"AZAL" vətəndaşlara xəbərdarlıq edib

Son zamanlar "Azərbaycan Hava Yolları” QSC-nin(AZAL)  adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.Qeyd edilib ki, bu cür məlumatlar xüsusilə “mesencer”lər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür.

"AZAL" vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırıb.

"“AZAL"ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir. Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar "AZAL" adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və sair haqqında müxtəlif təkliflər daxil olur. "AZAL"ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur. “AZAL" qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik”,-deyə şirkətin yaydığı məlumatda bildirilib.