logo

Ağsuda zəlzələ olub

22:52 01-09-2022 | icon 1372
Ağsuda zəlzələ olub

Sentyabrın 1-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə Ağsu rayonunda zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 22:21-də qeydə alınan zəlzələnin ocağı 14 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3.4 bərabər olan zəlzələ hiss olunmayıb.