logo

Türkiyə şahinləri Azərbaycana gəlib

20:10 01-09-2022 | icon 1309
Türkiyə şahinləri Azərbaycana gəlib

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətində YeniAvropa-ya bildirilib ki, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.