Tanınmış jurnalist Araz Zeynalovla vida mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, vida mərasimi mərhumun evində təşkil olunub.
Mərasimdə onun ailə üzvləri ilə yanaşı, bir sıra ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Vida mərasimi yekunlaşdıqdan sonra Araz Zeynalov Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Araz Zeynalov dünən axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, “APA Media Group”a daxil olan "Vesti.az" saytının ilk baş redaktoru olub.