logo

Böyük Britaniyanın yeni səfiri Şəhidlər xiyabanını ziyarət edib

14:12 01-09-2022 | icon 1267
Böyük Britaniyanın yeni səfiri Şəhidlər xiyabanını ziyarət edib

Böyük Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Fergus Ould sentyabrın 1-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

 YeniAvropa xəbər verir ki, bu barədə diplomat özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Bu gün mən Şəhidlər xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, - deyə səfir paylaşımında qeyd edib.