Bakı ilk dəfə Karate1 Premyer Liqasına ev sahibliyi edəcək
Sentyabrın 2-4-də Bakıda ilk dəfə Dünya Karate Federasiyasının (WKF) ən prestijli yarışı olan Karate1 Premyer Liqa turniri keçiriləcək. Yarış Karate1 Premyer Liqa turniri seriyasından mövsümün 4-cü mərhələsi olacaq.
YeniAvropa xəbər verir ki, milli komandamızın 16 üzvü yarışda iştirak edəcək. Kişilərin baş məşqçisi Qurban Tağıyev Əminağa Quliyev, Sultan Hüseynov (hər ikisi 60 kq), Tural Ağalarzadə, Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hamısı 67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayevi (hamısı 84 kq), Asiman Qurbanlı və Murad Hacızadəni (hər ikisi +84 kq) heyətə cəlb edib. Qadınların baş məşqçisi Denis Morozov İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanın (+68 kq) liqa turnirinə qatılmasına üstünlük verib.
Premyer Liqanın Bakı mərhələsində 58 ölkədən 347 tanınmış karateçi iştirak edəcək. Onların arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçiriləcək. 12 kateqoriyanın hər birində 32-dək idmançı mübarizə aparacaq. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.
Karate1 Premyer Liqa turniri dairəvi sistem (Robin round) üzrə keçiriləcək. Hər bir döyüşə görə idmançıların yığdığı xallar dünya reytinq cədvəlində və Premyer Liqaların xüsusi reytinq cədvəlində toplanacaq. Bu xallar, həmçinin növbəti Avropa Oyunlarına vəsiqələrin verilməsində rol oynayacaq.
Yarışı 22 ölkədən 55 hakim idarə edəcək. Federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayev başda olmaqla, 10 beynəlxalq və 6 milli dərəcəli hakimimiz yarışı idarə edənlər arasında olacaq.
Premyer Liqanı izləmək üçün WKF-in prezidenti Antonio Espinosla yanaşı, dünya karatesinin bir sıra nüfuzlu rəsmi şəxsləri də paytaxtımızda bir neçə gün qonaq olacaqlar. Karate1 Premyer Liqa turnirinin Bakı mərhələsi Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.
Turnirin ilk iki günü seçmə mərhələnin çıxışları, bazar günü isə final görüşləri keçiriləcək. Mükafatlar uğrunda həlledici görüşlər televiziya ilə canlı yayımlanacaq.
Mövsümün beşinci və son Premyer Liqa mərhələsi ilə hər kateqoriya üzrə ilboyu ən yüksək nəticə göstərmiş karateçilərə “Grand Winner” xüsusi mükafatı təqdim ediləcək. O üzdən tanınmış karateçilər Premyer Liqa turnirlərinə qatılmaqla xallarını artırıb bu mötəbər mükafata layiq olmaq istəyirlər.
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir