logo

İlham Əliyev Romada Azərbaycan səfirliyinin yeni binasının açılışında iştirak edib

12:22 01-09-2022 | icon 1351
İlham Əliyev Romada Azərbaycan səfirliyinin yeni binasının açılışında iştirak edib

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı səfirliyin həyətində ağac əkib.

Sonra prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış oldu.