logo

Azərbaycan-BƏƏ:Diplomatik münasibətlərin 30 ili tamam olur

11:33 01-09-2022 | icon 1288
Azərbaycan-BƏƏ:Diplomatik münasibətlərin 30 ili tamam olur

Xarici İşlər Nazirliyi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.

YeniAvropa xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində paylaşım edilib. 

“Bu gün Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur. Bu münasibətlə BƏƏ hökuməti və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan-BƏƏ əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”,-deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulub. Azərbaycan ilə BƏƏ arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcuddur.