logo

UEFA Konfrans Liqası:“Neftçi” bu gün "Rapid"lə ilk oyununa çıxır

09:09 04-08-2022 | icon 945
UEFA Konfrans Liqası:“Neftçi” bu gün "Rapid"lə ilk oyununa çıxır

Bakının “Neftçi” futbol klubu bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

 YeniAvropa xəbər verir ki,  baş məşqçi Laurentsiu Regekampfın komandası Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edəcək. "Bakcell Arena"da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.