Qarabağdakı terror və təxribata qarşı cavabımız daha ağır və sarsıdıcı olacaq
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri terror-təxribat əməllərinə cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı ilə bağlı avqustun 3-də Müdafiə Nazirliyində media nümayəndələri üçün brifinq keçirilib.
YeniAvropa xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov media nümayəndələrinə məlumat verib.
Bildirilib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Qeyd olunub ki, bundan əlavə qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürüb. Hazırda Ordumuz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Uğurlu “Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatı məhv edilib.
“Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə həyata keçirilməlidir.
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks-cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq”, - deyə A.Eyvazov bildirib.
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər
Azərbaycanda əhalinin sayı 10 milyon 185 min nəfəri ötüb
İran-Azərbaycan sərhəddində atışma: Yaralanan var
Bu il Azərbaycanda 61 mindən artıq uşaq doğulub
Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib
Azərbaycan nefti 99,76 dollara satılır