Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağdakı vəziyyətdən danışıb
Avqustun 3-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.
Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törədildiyi, avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin bu təxribatlarının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında bəyanatların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. Nazir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb.
Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səlim Müslümov dövlət vurduğu 13 milyon manatı 7 milyonunu ödəyib
Səfər Mehdiyev yol polisini təhqir etdi
Daha 55 dövlət əmlakı hərraca çıxarılır
Daşkəsəndə çaylardan sel keçib
Rusiyanın nəhəng “Rusaqro” şirkətinin gəlirləri 99% azalıb
Ərdoğan Ermənistana səsləndi
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 369 min nəfərə çatır
Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Qənirə Paşayeva TÜRKSOY-un “Şərəf” medalına layiq görülüb
Baş Prokurorluq bir neçə KİV-ə xəbərdarlıq etdi
V İslam Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Konyaya gəlib
İlham Əliyev XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb
Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlakının siyahısı
Türk Dövlətləri Təşkilatının prokurorları Bakıda toplaşıb
Qaradağda iki avtobus toqquşub: Ölən və yaralanan var
Azərbaycan çempionatında 13 mininci qol vurulub
İlham Əliyev paytaxtda yol tikintisinə 5,3 milyon manat ayırdı
Rəsmi Bakı:"Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik"
Sabah Bakıda arabir yağış yağacaq, 32° isti olacaq
Mobil telefonla qatarlara bilet almaq mümkün olacaq
Sosial şəbəkələrdə paylaşımların Ordumuza heç bir aidiyyəti yoxdur-MN
Səfərə çox böyük inamla gedirik-Qurban Qurbanov
Ukraynada Rusiyanın 42 mindən artıq hərbçisi məhv edilib-Baş Qərargah
61 bağçanın müdiri işdən çıxarılıb
Paytaxtda “Audi” yolu keçən piyadaları vurub öldürdü