logo

Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

19:19 03-08-2022 | icon 2149
Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov  Qərar imzalayıb.

Qərarda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilmə müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il 20 iyun tarixli 232 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.