logo

Jurnalistlərin Laçına səfərə başlayıb

09:09 01-09-2022 | icon 1113
Jurnalistlərin Laçına səfərə başlayıb

Yerli jurnalistlərin Azərbaycanın nəzarətinə keçən Laçın şəhərinə səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, səfərdə jurnalistlərlə yanaşı, hərbi ekspertlər, laçınlı hərbi qulluqçular da iştirak edirlər.

Səfər çərçivəsində jurnalistlər ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkəcəklər.

Media nümayəndələri şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələri, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləri ilə yaxından tanış olacaqlar.

Jurnalistlərin, həmçinin Laçının Zabux və Sus kəndlərinə də səfəri planlaşdırılır.