Ukrayna-Azərbaycan dostluğu səmimiyyətə söykənir-Səfir
Bakı hava limanından növbəti humanitar yardım göndərilir. Bu, “Silkway” şirkəti tərəfindən həyata keçirilən 10-cu yubiley uçuşudur. Bu aylar ərzində Ukraynanın müxtəlif regionlardan olan on minlərlə vətəndaş Azərbaycandan gələn humanitar yardımdan istifadə edə bilib. Bu köməyə həqiqətən ehtiyacı olanlar var. Biz buna görə çox minnətdarıq.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya humanitar yardımın göndərilməsi mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Səfir qeyd edib ki, bu gün əlamətdar gündür, çünki Ukraynaya göstərilən humanitar yardımın coğrafiyası genişlənir. “Bu yaxınlarda Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yük göndərilib. Bu gün 100 tondan çox humanitar yük - uzunmüddətli saxlama dövrü olan ərzaq məhsulları göndərilir. Bu, təkcə iki ölkənin inzibati ərazi vahidləri arasında əlaqələrin genişlənməsindən deyil, həm də ölkələrimiz və xalqlarımız arasında dostluğun mövcudluğundan xəbər verir”, - deyə V.Kanevski əlavə edib.
Ölkələrimiz arasında dostluğun səmimi olduğunu vurğulayan ukraynalı diplomat deyib: “Bu yardım formal deyil, ürəkdən gəlir. Məhz buna görə də qiymətlidir.
Ukrayna, Rusiya, Türkiyə və BMT arasında imzalanmış Ukrayna taxılının ixracına dair sazişə toxunan səfir qeyd edib ki, bu razılaşmanın əldə edilməsi çox böyük iş və səylərin, o cümlədən BMT-nin Baş katibinin fəal iştirakı və Türkiyə tərəfinin vasitəçilik rolu nəticəsində baş verib.
“Bu sazişin məqsədi Ukraynanın üç limanından 20 milyon tondan çox kənd təsərrüfatı məhsulunun, taxılın blokdan çıxarılması və ixrac edilməsidir. Bu, Ukraynanın dünyada qlobal ərzaq böhranının qarşısının alınmasına töhfəsi olacaq. Ukrayna artıq öz öhdəliklərini qismən yerinə yetirib. Avqustun 1-də Ukrayna 26 min ton qarğıdalı dolu gəmini Livana göndərib. Bu əməkdaşlığın səmərəli və davamlı olacağına ümid edirik. Biz həm də tərəfdaşlarımıza - Birləşmiş Millətlər Təşkilatına, Türkiyəyə inanırıq”, - deyə Vladislav Kanevski yekunda bildirib.
Ukraynada səsdən sürətli "Bayraktar"lar istehsal ediləcək
Ağacların kəsilməsi ilə bağlı cinayət işləri başlanıldı
İlham Əliyev Basqalda "AzTV"yə müsahibə verib
“Qisas” əməliyyatı cəza tədbiri idi-Prezident İlham Əliyev
Dünya çempionatı:Bu gün üç cüdoçumuz mübarizəyə başlayır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 860 min nəfərə çatır
Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ağsuda yol tikintisinə 3,2 milyon manat ayırdı
Xəzər dənizində zəlzələ olub
“Ağsu Aqropark”ın fəaliyyəti ilə tanışlıq
Prezident Zəfər Nemətova “Şərəf” ordeni verdi
Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı
Prezident İlham Əliyev Ağsuya səfərə gəlib
UEFA Azərbaycanın 3 klubuna vəsait köçürüb
Olimpiya çempionu Radik İsayev İslamiadada ilk görüşündə uduzdu
Mehriban Əliyeva Basqal qəsəbəsindən fotolar paylaşıb
Daha 2 güləşçimiz İslamiadada yarımfinala yüksəlib
Sabah Bakıda 37° isti olacaq
Yaponiyanın baş naziri Əli Əsədova təşəkkür edib
İlham Əliyev və xanımı İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər
Azərbaycanda əhalinin sayı 10 milyon 185 min nəfəri ötüb
İran-Azərbaycan sərhəddində atışma: Yaralanan var
Bu il Azərbaycanda 61 mindən artıq uşaq doğulub
Mehriban Əliyeva “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib
Azərbaycan nefti 99,76 dollara satılır