Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar xəttinə paytaxtın Səbail rayonunun Dənizkənarı Milli Park ərazisində bir nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-Bulvarı” dalğıc axtarış qrupunun müvafiq xilasetmə qüvvələri tərəfindən 1991-ci il təvəllüdlü S.Ağakişiyeva xilas olunaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.