logo

Dövlət Təbiət Qoruğu ərazisində ov edən şəxslər cəzalandırılıblar

15:55 31-08-2022 | icon 1365
Dövlət Təbiət Qoruğu ərazisində ov edən şəxslər cəzalandırılıblar

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edənlər saxlanılıblar.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva  YeniAvropa-ya bildirilib ki,araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Vüsal Məbudov, Tural Süleymanov, Fariz Mahmudov və Azər Əzizov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.